Amerikaya gedəcək 4 Avropa nəhəngi müəyyənləşdi

Amerikada keçirilən ənənəvi Beynəlxalq Çempionlar Kubokunun 4 iştirakçısı müəyyənləşib.

SportLine.az "Football Italia”ya istinadən xəbər verir ki, İspaniyanın "Real Madrid”, İtaliyanın "Roma”, İngiltərənin "Çelsi” və "Tottenhem” komandalarının turnirə qatılacaqları dəqiqləşib.

Qeyd edək ki, 8 komandanın iştirak edəcəyi turnirin iyulun sonunda San Dieqo, Dallas və ya Nyu-Cersidə keçirilməsi planlaşdırılır. Yarışın ötənilki qalibi İspaniya təmsilçisi "Barselona” olub.