Azərbaycanlı futbolçu Yunanıstan klubuna keçdi

"Sumqayıt"dan ayrılan Amit Quluzadə yenidən legioner həyatı yaşayacaq. SportLine.az xəbər verir ki, futbolçu özü bu barədə "feysbuk" səhifəsində məlumat verib.

24 yaşlı yarımmüdafiəçi Yunanıstan Super Liqası təmsilçisi AEL-lə 2,5 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Amit Quluzadə karyerası ərzində “Erciyesspor” (Türkiyə) və “Atletiko” (Portuqaliya) klublarında da legioner həyatı yaşayıb.