Ançelotti "Napoli"də

Karlo Ançelotti "Napoli" ilə müqavilə bağlayıb. 

SportLine.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliyalı mütəxəssislə 3 il müddətinə razılığa gəlinib. K.Ançelotti bu vəzifədə Mauritsio Sarrini əvəzləyib. Sarri Neapol komandasına 2015-ci ildən rəhbərlik edirdi. 

Qeyd edək ki, Karlo Ançelotti əvvəllər İngiltərənin "Çelsi", İspaniyanın "Real Madrid", İtaliyanın "Milan", Fransanın PSJ və Almaniyanın "Bavariya" klublarında baş məşqçi olub.