Aqüero "Mançester Siti"ni tərk edir

Serxio Aqüero karyerasını vətənində davam etdirmək niyyətindədir. SportLine.az xəbər verir ki, bu barədə goal.com saytı məlumat yayıb.

Xəbərə görə, hücumçu karyerasını Argentinanın "İndependyente" klubunda bitirmək istəyir. Futbolçu 2020-ci ildə "Mançester Siti"ni tərk edə bilər.

Qeyd edək ki, S.Aqüero peşəkar karyerasına da "İndependyente"də başlayıb. O, 2003-2006-cı illərdə bu klubun şərəfini qoruyub.