Benzemanın əvəzinə Aqüero

"Mançester Siti"nin argentinalı ulduzu Serxio Aqüero Madrid "Real"ının hədəfindədir. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" yay transfer pəncərəsində futbolçunu heyətinə qatmağı planlaşdırır. İspaniya klubunun əvəzində Kərim Benzema ilə yollarını ayıracağı ehtimal olunur.

"Mançester Siti"nin baş məşqçisi - Pep Quardiolanın futbolçunun keçidinə mane olmayacağı bildirilir.

Qeyd edək ki, S.Aqüero 2011-ci ildən "şəhərlilər"in şərəfini qoruyur.