Ardıcıl 2-ci dəfə “Milan”da ayın oyunçusu seçildi

Ruben Loftus Çik üçün fevral ayı da əlamətdar olub.

Sportline.az Sport.ru-ya istinadla xəbər verir ki, ”Milan”ın ingiltərəli yarımmüdafiəçisi ardıcıl 2-ci dəfə klubda ayın futbolçusu seçilib.

Loftus Çik “Çelsi”nin yetirməsidir. ”Milan”ın heyətində bu mövsüm 29 oyunda çıxış edən oyunçu 7 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, onun 2027-ci ilədək Italiya klubu ilə müqaviləsi var.