"Arsenal" Timo Verneri istəyir

"Leptsiq"in futbolçusu Timo Vernerin xidmətində maraqlı olan klubların siyahısına daha biri əlavə olub. SportLine.az "Sun"a istinadən xəbər verir ki, "Arsenal" almaniyalı hücumçunu transfer etmək niyyətindədir. "Topçular" bunun üçün, ən azı 50 milyon funt-sterlinq ödəməlidirlər. 

Qeyd edək ki, "Liverpul", "Çelsi" və "Mançester Yunayted" də 21 yaşlı futbolçunu heyətində görmək istəyir.