"Arsenal"da Venger dövrü bitdi

"Arsenal" klubu və baş məşqçi Arsen Venger yolları ayırmaq barədə qərar qəbul edib. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, bu barədə mütəxəssis özü məlumat verib.

Məlumata görə, fransalı çalışdırıcı cari mövsümün sonunda vəzifəsindən gedəcək. 

Klubun rəsmi saytına məsələ ilə bağlı danışan A.Venger, "Arsenal"la unudulmaz illər yaşadım. Buna görə, həm xoşbəxtəm, həm də kluba minnətdaram", - deyə bildirib.

Qeyd edək ki, A.Venger 1996-cı ildən "Arsenal"da fəaliyyət göstərir. Komanda bu müddətdə 3 dəfə Premyer Liqada, 7 dəfə Federasiya Kubokunda qalib olub.