Astana Qazaxıstan - Azərbaycan matçına hazırdır

Astana şəhəri iyunun 6-da Qazaxıstan və Azərbaycan milliləri arasında keçiriləcək yoldaşlıq görüşünə hazırdır. SportLine.az saytının bu günlərdə Astanada olan müxbirinin məlumatına görə, şəhərdə oyuna maraq böyükdür. Küçələrdə quraşdırılan xüsusi səsgücləndirilər vasitəsilə mütəmadi olaraq oyun haqda elanlar təqdim olunur. 

Qeyd edək ki, Qazaxıstan - Azərbaycan görüşü "Astana Arena"da keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.