Avroliqada bugün ¼ finala vəsiqə qazanan sonuncu komanda məlum olacaq

7 komandanın artıq müəyyənləşdiyi Avroliqa pley-off mərhələsinin sonuncu komandası bugün bilinəcək
.
Sportline.az xəbər verir ki, pley-off mərhələləsinə son vəsiqə uğrunda “Baskoniya” doğma meydanda “Virtus Bolonya” ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə 22 30-da start götürəcək.

Qeyd edək ki, “Baskoniya” – “Bolonya” oyununun qalibi ¼ finalda “Real Madrid”lə üz üzə gələcək.