Avroliqada turun ən yaxşısı müəyyənləşdi

Avropa Liqasında ilk turun ən yaxşı oyunçusu açıqlanıb. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, Leverkuzen "Bayer"inin futbolçusu Kay Havertz səsvermədə digər namizədlər - Pyer-Emerik Obameyanq ("Arsenal"), Ever Baneqa ("Sevilya") və İzet Hayroviçi ("Dinamo" Zaqreb) qabaqlayıb.

Qeyd edək ki, K.Havertz "Ludoqorets"lə görüşdə qazanılan 3:2 hesablı qələyə dubl etməklə töhfə verib.