"Avroliqanın qalibi olmaq istəyirik"

“Milan”ın baş məşqçisi Stefano Pioli “Renn”lə oyundan (3-2) sonra maraqlı fikirlərlə diqqət mərkəzinə düşüb.

Sporline.az xəbər verir ki, "News" nəşrinə veridiyi müsahibədə təcrübəli mütəxəssis “Biz cəhd etmək istəyirik, bu, aydındır. Çempionatda yaxşı oyunlar keçirirdik amma, bazar günü dayandıq. Bununla belə biz gücümüzü təsdiqləmək və qarşımızdakılara, xüsusən də “Yuventus”a çatmaq istəyirik. Avropa Liqasının 1/8 finalında güclü komanda ilə qarşılaşacağıq. Onlar da "Milan" kimi komanda ilə qarşılaşmaqdan məmnun olmayacaqlar” fikirləlini səsləndirib.

Qeyd edək ki, ötən gecə “Renn”i turnirdən kənarlaşdıran “Milan”ın 1/8 finaldakı rəqibi “Slaviya Praqa” olacaq.