Azarkeşlər arasında dava düşdü, polis öldü

UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçirilən "Atletik" - "Spartak" görüşündən öncə azarkeşlər arasında insident yaşanıb. SportLine.az AS nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər və bir polis əməkdaşı xəsarət alıb. Polis işçisini xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.