Azərbaycan Fransaya aman vermədi

Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirinə start verilib. SportLine.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. 

Azərbaycan millisi birinci matçında Fransa ilə üz-üzə gəlib. Görüş seçməmizin qələbəsi ilə yekunlaşıb - 4:1. Komandamızın heyətində Asif Zeynalov het-trik edib, digər qolu isə Əbdül Əliyev vurub.

Turun digər oyunlarında bu nəticələr qeydə alınıb:

İsveçrə - Ukrayna 4:5

Portuqaliya – Belarus 3:2

Almaniya – İtaliya 0:3