Azərbaycan - Makedoniya görüşündə qalib müəyyənləşmədi

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti yoxlama görüşünü keçirəcək. SportLine.az xəbər verir ki, rəqib Makedoniya seçməsi olacaq.

İndiyədək bu rəqibə qarşı keçirdiyi heç bir oyunda qələbə qazana bilməyən futbolçularımız, bu dəfə tilsimi qırmaq niyyətindədirlər. 

Qeyd edək ki, Qurban Qurbanovun komandası bir neçə gün öncə Bakı Olimpiya Stadionunda Belarusa qarşı oynanılan yoxlama matçında məğlub olub - 0:1.


27 mart 2018
Yoldaşlıq görüşü

Azərbaycan - Makedoniya - 1:1
QOLLAR:
Riçard Almeyda, 6/p. (1:0); Aleksandr Traykovski, 22/p. (1:1)

Baş hakim: Halis Özkahya 
Hakimlər: Kerem Ersoy, Kemal Yılmaz, Ali Palabıyık
VAR hakimləri: Cüneyt Çakır, Hüseyin Göçek (hamısı Türkiyə)
"Mardan" stadionu, Antalya