Almaniya seçməsi möcüzəyə imkan vermədi

Bu gün DÇ-2018-in Avropa zonası üzrə təsnifat mərhələsində Azərbaycan seçməsi növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "C" qrupunun lideri - Almaniya millisi olub.

Görüş, gözlənildiyi kimi, qonaqların üstünlüyü şəraitində keçirib. Hesabı 19-cu dəqiqədə Andre Şürrle açıb. Qoldan sonra irəli atılan Azərbaycan seçməsi Dmitri Nazarovla hesaba tarazlıq gətirib. Bu, təsnifat mərhələsində "Bundestim"in qapısına vurulan ilk qol olub. 

Təəssüf ki, qalan dəqiqələrdə Almaniya seçməsi daha üç dəfə Azərbaycan futbolçularını mərkəzə dəvət edib. 

Bu nəticə ilə Almaniya millisi zirvədəki mövqeyini möhkəmlədib. Azərbaycan seçməsi isə 3-cü pilləni Çexiyaya təhvil verib.


26 mart 2017
DÇ-2018, təsnifat mərhələsi
"C" qrupu, 5-ci tur

Azərbaycan - Almaniya - 1:4
QOLLAR:
Şürrle, 19 (0:1); Nazarov, 31 (1:1); Müller, 36 (1:2); Qomez, 45 (1:3); Şürrle, 81 (1:4)

SARI VƏRƏQƏLƏR: Sami Xedira (Almaniya), 12; Hövedes (Almaniya), 84
ƏVƏZLƏMƏLƏR: Mario Qomez ↔ Məsut Özil (Almaniya), 61
Ramil Şeydayev ↔ Dəniz Yılmaz (Azərbaycan), 67 
Əfran İsmayılov ↔ Ruslan Qurbanov (Azərbaycan), 82
Yulian Draksler  ↔ Leroy Sane (Almaniya), 84
Rahid Əmirquliyev ↔ Eddi İsrafilov (Azərbaycan), 87
Toni Kroos ↔ Sebastyan Rudi (Almaniya), 89

Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikardi Di Fiore, Marko Quida (hamısı İtaliya)
Tofiq Bəhramov adına Respublika Stadionu

Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Ramil Şeydayev, 22. Əfran İsmayılov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Aqil Məmmədov (q), 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Dəniz Yılmaz, 15. Emin Mahmudov, 17. Ürfan Abbasov, 18. Ağabala Ramazanov, 21. Tərlan Quliyev

Baş məşqçi: Robert Prosineçki

Almaniya: 12. Bernd Leno (q), 3. Conas Hektor, 4. Benedikt Hövedes, 5. Mats Hummels, 6. Sami Xedira (k), 7. Yulian Draksler, 8. Toni Kroos, 9. Andre Şürrle, 13. Tomas Müller, 18. Coşua Kimmix, 23. Mario Qomez

Ehtiyat oyunçular: 1. Kevin Trapp (q), 22. Mark-Andre ter Ştegen (q), 2. Şkodran Mustafi, 10. Məsut Özil, 14. Emre Can, 16. Antonio Rüdiqer, 17. Niklas Süle, 19. Leroy Sane, 20. Yulian Brandt, 21. Sebastian Rudi

Baş məşqçi: Yoahim Löv

Standings provided by Sofascore LiveScore