Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb

Qadınlardan ibarət 3x3 basketbol komandamız Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, milli finalda Polşa kollektivi ilə üz-üzə gəlib.

Rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bununla, ölkəmiz ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.