Azərbaycan millisi "Zirə" ilə bacarmadı

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.

SportLine.az xəbər verir ki, "Zirə”nin əvəzedici komandası ilə qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

U-18-in heyətində Kənan Qasımov fərqlənib.