Azərbaycan millisinin Türkiyəyə yollanacağı tarix müəyyənləşib

Belarus və Makedoniya ilə yoldaşlıq görüşləri keçirəcək Azərbaycan milli komandasının hazırlıq planı müəyyənləşib.

SportLine.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov futbolçuları martın 17-də bir yerə toplayacaq. Martın 23-də Bakıda keçiriləcək Azərbaycan - Belarus görüşündən iki gün sonra seçməmiz Türkiyəyə yola düşəcək. Antalyada məskunlaşacaq komandamız ayın 27-də "Mardan" stadionunda Makedoniya ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.