Azərbaycan millisi təsnifat mərhələsinə məğlubiyyətlə başladı

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb. SportLine.az xəbər verir ki, rəqib Norveç millisi olub.

Qarşılaşma seçməmizin məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan seçməsi 8-ci qrupda qərarlaşıb. Ramin Quliyevin rəhbərlik etdiyi komanda Norveçlə yanaşı, meydan sahibi Albaniya və Çexiya ilə də qarşılaşacaq.

23 oktyabr 2018
U-17, Avropa çempionatının təsnifat mərhələsi
8-ci qrup, 1-ci tur

14:00. Azərbaycan – Norveç
QOLLAR: 
Herman Gelmuyden, 18-pen (0:1), Robin Skroqstad, 19 (0:2), Fredrix Oppeqard, 20 (0:3), Nils Vallotto, 71 (0:4), Musa Qurbanlı, 89 (1:4)
Hakimlər: Admir Şehoviç, Sreten Udoviçiç (hər ikisi Bosniya və Herseqovina), Elis Pulay, Florian Lata (hər ikisi Albaniya)
Luşnya. “Roza Haciu” stadionu