Azərbaycan - Qırğızıstan oyununun vaxtı müəyyənləşdi

Futbol üzrə Azərbaycan milli komandasının Qırğızıstanla keçiriləcək yoldaşlıq oyununun başlama saatı bəlli olub. 

SportLine.az-ın Azərbaycan Futbol Federasiyası Assosiasiyasının "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, qarşılaşma saat 20:00-da başlanacaq. 

Qeyd edək ki, Azərbaycan - Qırğızıstan matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək