Azərbaycan seçməsinin güləşçiləri beynəlxalq turnirə qatılacaqlar

Qazaxstanın Çimkənd şəhərində aprelin 20-də akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnirində Azərbaycan yığması 3 idmançı ilə təmsil olunacaq.

SportLine.az xəbər verir ki, məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (59 kq), Azad Əliyev və Rövşən Tağıyev (hər ikisi 66 kq) turnirdə mübarizə aparacaq.

Qeyd edək ki, yarışa aprelin 22-də yekun vurulacaq.