Azərbaycan UEFA reytinqində irəlilədi

Ötən gün Avropa Liqasında keçirilən görüşlərdən sonra UEFA reytinqində müəyyən dəyişikliklər baş verib. SportLine.az xəbər verir ki, "Qəbələ" və "Keşlə"nin qələbə qazanması Azərbaycanın xal ehtiyatını 17,750-ə çatdırmasına şərait yaradıb. Bununla, Azərbaycan siyahıda Belarusu qabaqlayıb və 22-ci pilləyə yüksəlib.

Azərbaycanın ən yaxın izləyiciləri Belarus (17,375) və İsraildir (17,000). 21-ci pillədəki İsveçin 17,900, 20-ci yerdə qərarlaşan Serbiyanın isə 18,000 xal var.