Azərbaycanlı futbolçu Kiprdə qələbəyə sevindi

Azərbaycanlı futbolçu Azər Əliyevin şərəfini qoruduğu Rusiyanın "Ufa" klubu Kiprdə kommersiya xarakterli “Korantina Homes Cup” turnirində iştirak edib. SportLine.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımfinal mərhələsində Kiprin "Pafos" klubu ilə qarşılaşıb. Görüş "Ufa"nın qələbəsi ilə yekunlaşıb.

A.Əliyev meydana start heyətində daxil olub.