Azərbaycanlı hakimlər Avropa Liqasına təyinat aldılar

Çimərlik futbolu üzrə FİFA referiləri İnqilab Məmmədovla Əli Cəbrayılov yeni təyinat alıb.

SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər iki referi bu gündən etibarən Bakıda start götürən və iyunun 24-dək davam edəcək çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində iştirak edəcəklər.

Qeyd edək ki, ilk turda İsveçrə - Ukrayna, Portuqaliya – Belarus, Almaniya – İtaliya və Fransa – Azərbaycan oyunları keçiriləcək.