"Barselona" "Bavariya"nın futbolçusu ilə razılığa gəlib

"Bavariya"nın müdafiəçisi David Alaba münhenlilərlə vidalaşmağa hazırlaşır.

Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı avstriyalı karyerasını İspaniya çempionatında davam etdirmək niyyətindədir. "Barselona" ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı deyilən futbolçunun transfer qiymətinin 70 milyon avro olduğu bildirilir. Keçidin ən yaxın transfer pəncərəsində reallaşacağı gözlənilir.