"Barselona" klubu baş məşqçi tapa bilmədiyi üçün çarəsiz qalıb

"Barselona" klubu baş məşqçi postu üçün axtarışlarını davam etdirir. 

Sportline.az xəbər verir ki, Xavi Ernandes komandadan ayrılacağını bildirdikdən sonra "kataloniyalılar" yeni məşqçi axtarışına başlayıblar. 

Hazırda bu vəzifəni icra edə biləcək mütəxsis tapa bilməyən "Barselona" klubu çarəsiz qaldığı üçün Xavidən daha 1 il qalmasını tələb edib.

Qeyd edək ki, Xavi Ernandez də komandada qalmaqla bağlı son qərarını verməyib.