"Barselona" keçmiş futbolçusunu geri istəyir

"Barselona" klubu keçmiş futbolçusu üçün "Leyptsiq"lə danışıqlara başlayıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "kataloniyalılar" Dani Olmonu transfer etmək istəsələr də sərbəst qalma qiyməti 60 milyon olduğundan fikirlərindən daşınıblar.

"Leyptsiq" klubu "Barselona" akadaemiyasında yetişən futbolçu üçün endirim edə biləcəyini deyib.

Qeyd edək ki, Dani Olmo bu mövsüm çıxdığı 19 oyunda 7 qol, 4 asiastlə yadda qalıb.