"Barselona"nın baş məşçqi postuna yeni namizəd

"Barselona" rəhbərliyi baş məşqçi postuna namizəd axtarışını davam etdirir.

Sportline.az xəbər verir ki, yeni adlar arasında məşhur ispaniyalı mütəxəssis Unay Emeri də var.

Bu haqda "TEAMtalk" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə kataloniyalılar "Aston Villa"nın çalışdırıcısı ilə ilkin danışıq aparıblar.

Xatırladaq ki, hazırkı baş məşqçi Xavi mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.