"Bayer" uğurlu seriyanı davam etdirir

Leverkuzen "Bayer"i həm Bundesliqada, həm də Almaniya Kubokunda inamla irəliləyir.

Sportline.az xəbər verir ki, leverkuzenlilər kubok yarışının 1/4 final mərhələsində “Ştutqart”ı son dəqiqədə vurulan qol sayəsində 3:2 hesabı ilə məğlub ediblər. 

Bu, "Bayer"in son 8 oyunda 7-ci qələbəsidir.

Xabi Alonsonun komandası artıq məğlubiyyətsizlik seriyası 30 matça çatdırıb. Bu isə “Bayer” tarixində rekord göstərici sayılır.