"Belə qələbələr infarkta səbəb ola bilər"

"Roma"nın baş məşqçisi Daniele De Rossi “Feyenord” üzərində penaltilər seriyasında qazanılan qələbəni maraqlı sözlərlə şəhr edib.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, görüşün gərgin mübarizəyə səhnə olmasını xüsusi vurğulayıb.

“Oyunun belə bitməsi əladır. Qələbəmizi layiqli hesab edirəm. Bəlkə də bu cür qələbələr bizim azarkeşlər üçün ən gözəlidir, klubun üslubuna daha uyğundur. Baxmayaraq ki, bu oyunlar sizə infartk yaşada bilər. Bir vaxtlar bəxtimiz gətirmədiyi barədə fikirləri bir kənara qoymuşuq. Bu səhifəni çevirməyin vaxtı gəlib. Biz tez-tez qalib gəlirik və bu, məni çox sevindirir. Stadion və azarkeşlər isə inanılmaz idi”, deyə De Rossi təəssüratını bölüşüb.

Qeyd edək ki, Roma 1/8 final mərhələsində İngilətərənin “Brayton” komandası ilə qarşılaşacaq.