“Beşiktaş” Niderland liqasının bombardirini heyətinə qatmaq istəyir

Beşiktaş klubu Hollandiya Liqasının qol kralının keçidində maraqlıdır.

Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, İstanbul klubu Vinsent Abubakarın yerinə “Az Alkmar”da çıxış edən Vanqelis Pavlidisi heyətinə qatmaq istəyir.

Bu mövsüm Hollandiya Liqasında 26 oyuna çıxan yunanıstanlı forvard aktivindəki 23 qolla bombardirlər cədvəlinə başçılıq edir.

Qeyd edək ki, Pavlidisin çıxış etdiyi Yunanıstan millisi dünən AVRO 2024-ə vəsiqə uğrunda keçirilən matçda Gürcüstana penaltilər seriyasında məğlub olaraq turnirə qatıla bilməyib.