Bolqarların təklifini rədd edən rumın "Qalatasaray" yolunda

Avropa Liqasında fiaskoya uğrayan  "Qalatasaray"da baş məşqçi dəyişikliyi gündəmdədir. Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu posta ən real namizəd Mirça Luçeskudur. Klub prezidenti Dursun Özbekin İqor Tüdoru məhs 75 yaşlı rumın mütəxəssislə əvəzləyəcəyi bildirilir. Luçeskunun "Ludoqorets"in ilə 2, 5 milyon avroluq təklifindən imtinası da bu məsələdən qaynaqlanır. Xatırladaq ki, Luçesku 2000-2002-ci illərdə "Qalatasaray"a başçılıq edib. Komanda onun rəhbərliyi altında Super Liqanın və UEFA Super Kubokunun qalibi olub.