Çindən Luis Enrikeyə təklif

Səs-küylü transferlərlə gündəmi zəbt edən Çin klubları bu dəfə "Barselona"nın baş məşqçisi - Luis Enerikeyə elçi düşüb. SportLine.az sport.es saytına istinadən xəbər verir ki, Superliqa təmsilçilərindən "Quanqjou Everqrand" ispaniyalı mütəxəssisin xidmətində maraqlıdır. Bu yay Kataloniya klubu ilə yollarını ayıracağı gözlənilən mütəxəssis karyerasını Çində davam etdirə bilər.

Qeyd edək ki, Luis Enrike 2014-cü ildən "Barselona"nı çalışdırır.