"Çelsi"nin PSJ-nin sabiq məşqçisi ilə razılığa gəldi

Antonio Konte ilə yolları ayırmaq barədə düşünən "Çelsi" italiyalı mütəxəssisə əvəzləyici tapıb. SportLine.az xəbər verir ki, bu barədə "Express" nəşri məlumat yayıb.

Xəbərə görə, "zadəganlar" Fransa millisinin və PSJ-nin sabiq çalışdırıcısı Loran Blanla razılığa gəliblər. Mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir. Şərtlər barədə məlumat verilmir.

Qeyd edək ki, A.Konte 2016-cı ildən "Çelsi"yə rəhbərlik edir.