"Çelsi"nin ulduzu "Milan"ın hədəfində

"Çelsi"nin futbolçusu Villian karyerasını italiyada davam etdirə bilər. 

SportLine.az "Star"a istinadən xəbər verir ki, "Milan" braziliyalı hücumçunun xidmətində maraqlıdır. "Rossoneri"nin yaxın vaxtlarda "sambaçı" ilə danışıqlara başlayacağı gözlənilir. Razılıq əldə olunsa, cari mövsümün sonunda "Çelsi"yə rəsmi təklif ünvanlanacaq.

Qeyd edək ki, "Mançester Yunayted" də Villianı heyətində görmək istəyir.