Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bəlli olacaq

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bəlli olacaq 

Sportline.az xəbər verir ki,UEFA-nın rəsmi saytı Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizəd olan 4 futbolçunun adını təqdim edib.

Siyahıya PSVdən Yoey Verman , “Porto”dan Qaleno , “İnter”dən Arnautoviç və “Barselona”dan Levandovski daxil olub.Verman “Borussiya Dortmund” ilə matçın ən yaxşı oyunçusu seçilib.Qaleno uzatma dəqiqələrində komandasına qələbə qazandırıb.Arnautoviç “İnter”-“Atletiko” oyununda yeganə qolun müəllifi olub.Levandovski isə ‘Napoli” ilə oyunda fərqlənib.

Qeyd edək ki,CL-da 1/8 finalın cavab oyunları 5 ,6 və 12,13 mart tarixlərində keçiriləcək.