"Mançester Siti" ilə "Real" meydana belə çıxacaq

Bu gün UEFA Çempionlar Liqasında yarımfinalçılar məlum olacaq.

Sportline.az xəbər verir ki, gecənin böyük maraqla gözlənilən görüşündə "Mançester Siti" "Real"ı qəbul edəcək.

İlk görüşdə 3-3 hesablı heç-heçəyə razılaşan komandalar bu gecə meydana qələbə əzmi ilə çıxacaqlar.

"Mançester Siti" doğma azarkeş və meydan amilindən yararlanaraq rəqibi məyyus etmək niyyətindədir.

Amma, Çempiolar Liqasında ən çox titula sahib olan "Real"la görüşdə bu, heç də asan vəzifə sayılmır.

Meydan sahibləri bu görüşə itkisiz çıxacaqlar. Qonaqlarda isə Alaba, Kurtua və Tçuameni uzun müddətli zədələrini sağalda bilmədikləri üçün komandalarına kömək edə bilməyəcəklər.

Bakı vaxtı ilə saat 23-də başlanacaq oyunu italiyalı hakimlər briqadasından Daniele Orsato idarə edəcək.