"Çerçesov Azərbaycan millisi üçün yaxşı variantdır"

Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən biri də Stanislav Çerçesovdur.

Sportline.az xəbər verir ki, Moskva "Dinamo"sunun sabiq futbolçusu Vladimir Qranat bununla bağlı düşüncələrini bölüşüb.

"Əlbəttə ki, qərar Çerçesovundur. Düşünürəm ki, bu, qarşı tərəf üçün çox yaxşı variantdır. Onun xaricdə daha yaxşı uğurlara imza atdığını deməzdim. Amma, Azərbaycan millisinin onun rəhbərliyi ilə irəliləyişə nail ola biləcəyinə inanıram", - deyə Qranat championat.com-a açıqlamasında bildirib.

Qeyd edək ki, Çeçesovun millinin baş məşqçi postuna əsas namizədlərdən biri olduğu haqda xəbərlər dolaşmaqdadır.