ÇL: 1/8 final mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları başlanır.

Sportline.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq.

“Bavariya” “Latsio” ilə, PSJ “Real Sosyedad”la münasibətləri aydınlaşdıracaq. 

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
5 mart

00:00. “Bavariya” (Almaniya) – “Latsio” (İtaliya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, “Allianz Arena”
İlk oyun – 0:1


00:00. “Real Sosyedad” (İspaniya) – PSJ (Fransa)
Baş hakim: Maykl Oliver (İngiltərə)
San Sebastian, “Reale Arena”
İlk oyun – 0:2