Cüdoçularımız mövqelərini yaxşılaşdırdılar

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, yeni siyahıda Azərbaycan idmançıları mövqelərini yaxşılaşdırıblar.

Seçməmizin iki əsas üzvü - Uşanqi Kokauri (+100 kq) iki rəqibini arxada qoymaqla 20-ci yerə yüksəlibsə, Nicat Şıxəlizadə (66 kq) 8-ci pilləni 7-yə dəyişib.

Millimizdə yenə ən yaxşı göstərici Olimpiya mükafatçılarımız Rüstəm Orucovla (73 kq) Elmar Qasımova (100 kq) məxsusdur. Onların hər ikisi öz çəki dərəcələrində birincidir. Bu cüdoçular kimi, Orxan Səfərov (60 kq), İlqar Müşkiyev (hər ikisi 60 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq) və Aişə Qurbanlı (48 kq) da mövqeyini qoruyub. Onlar müvafiq olaraq, 2-ci, 14-cü, 20-ci, 19-cu və 40-cı pillədə qərar tutublar.

Həmyerlimizdən Tərlan Kərimov (66 kq) isə 1 pillə geriləyib. O, hazırda 37-cidi.