Cüdoçularımızdan 4 medal

Azərbaycan cüdoçuları Vise şəhərində keçirilmiş Belçika Açıq turnirində 4 medal qazanıblar.

Sportline.az xəbər verir ki, İslam Rəhimov (66 kq) qızıl medala layiq görülüb.

 Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc mükafata sahib çıxıb.

Komandamız bu yarışa 12 idmançı ilə qatılmışdı.