Daha 4 cüdoçumuz Qran-pridə mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə qatılacaq.

Sportline.az xəbər verir ki, Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev və Səid Mollayi (hər ikisi 81 kq) tatamiyə çıxacaq.

73 kq
Rəşid Məmmədəliyev - Heonçeoi Kanq (Cənubi Koreya)
Nurlan Osmanov - Reda Seddouki (Fransa)

81 kq
Səid Mollayi - Adrian Qandya (Puerto-Riko) / Laçlan Morhead (Böyük Britaniya) cütünün qalibi
Zelim Tçkayev - Xorxe Peres (Çili) / Aurelien Bonferroni (İsveçrə) cütünün qalibi

Qeyd edək ki, ötən gün Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Digər 6 idmançı isə mükafat qazana bilməyib. Azərbaycan millisi Qran-pridə 16 cüdoçu ilə təmsil olunur.