Daha üç futbolçu "Mançester Siti" ilə vidalaşır

"Mançester Siti" daha üç futbolçu ilə yollarını ayırır.

SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, Xesus Navasın ardınca rəhbərlik qapıçısı Villi Kabalyero, müdafiəçiləri Bakari Sanya və Qael Klişi ilə vidalaşmağa qərar verib. 

Oyunçuların iyunun 30-u başa çatacaq müqavilələrinin müddəti uzadılmayacaq.