Daha iki güləşçimiz yarımfinalda

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

SportLine.az xəbər verir ki, bu gün 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub. 

İntiqam Vəlizadə və Maqomed Asiyatilov ilk mərhələdə uduzub. 

Abubakr Abakarov ilk mərhələdə Türkiyə güləşçisinə qalib gəlib. 1/8 finalda Macarıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb. Növbəti mərhələdə rusiyalı həmkarına da qalib gələn Abakarov yarımfinala yüksəlib.

Asxab Həmzətov amerikalı rəqibi ilə görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 2:6 geridə olan təmsilçimiz ardıcıl iki uğurlu fəndlə hesaba tarazlıq gətirib. Sonuncu xal prinsipinə əsasən Həmzətov növbəti mərhələyə yüksəlib. Ukraynalı rəqibini də üstələyən Həmzətov 1/4 finalda Qazaxıstan təmsilçisinə məğlub olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Rahid Həmidli Qırğızıstan və Hindistan güləşçilərini sıradan çıxarıb və yarımfinala adlayıb.

61 kq
Təsnifat - İntiqam Vəlizadə - Arman Eloyan (FRA) 1:8

74 kq
1/2 final - Abubakr Abakarov - Saçin Rathi (İND)
1/4 final - Abubakr Abakarov - Devid Betanov (RUS) 9:3
1/8 final - Abubakr Abakarov - Botond Lukaş (HUN) 7:0
Təsnifat - Abubakr Abakarov - İsa Demir (TUR) 5:0

86 kq
Təsnifat - Maqomed Asiyatilov - İvan Nedealko (MDA) 4:10

92 kq
1/4 final - Asxab Həmzətov - Əlişir Yerqali (KAZ) 0:2
1/8 final - Asxab Həmzətov - Aleksandr Bikanov (UKR) 4:1
Təsnifat - Asxab Hamzatov - Yakob Aleksander Varner (USA) *6:6

125 kq
1/2 final - Rahid Həmidli - Ali Medhat Abde Barqut (CAN)
1/4 final - Rahid Həmidli - Mohit Mohit (İND) 5:0
1/8 final - Rahid Həmidli - Ayan Alimov (KGZ) 5:3

Azərbaycan Güləş Federasiyasının məlumatı