Damyan Lillard Maykl Cordonun nailliyətini təkrarlayıb

Bugün keçirilən “Miluoki Baks” – “İndiana Peysers” pley-off ilk oyunu Damian Lillard üçün əlamətdar olub.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Damian Lillard “İndiana” ilə oyunun ilk hissəsində 35 xal, 3 ribaund və 2 asistlik performansla çıxış edib.

Beləliklə, 33 yaşlı basketbolçu əfsanəvi Maykıl Cordondan sonra bir oyunun ilk yarısında 35 xala çatan və 5 üçlük atışla oynayan ikinci oyunçu olub.

Qeyd edək ki, görüş “Milouki Baks”ın 109-94 hesablı qələbəsi ilə yekunlaşıb.