Dani Alveş normal həyata parti ilə qayıdıb

Keçmişdə böyük  klubların formalarını geyinən və təcavüz ittihaml ilə 14 ay həbsdə yattıqdan sonra girov ödəyərək sərbəst buraxılan Dani Alveş sürətlə sosial həyata qayıdıb.

Sportline.az Daily Mail-ə istinadla xəbər verir ki, Braziliyalı keçmiş futbolçu həbsdən çıxdıqdan sonra atasının ad gününü qeyd etmək üçün parti tərtib edib.

Xəbərdə Dani Alveşin dostlarından ibarət bir komanda ilə Barselonadakı evində şənlik təşkil etdiyi , həmçinin ulduz futbolçunun daha nizamlı bir həyat keçirməyə qərar verdiyi ifadə edilib.

Futbolçuluq karyerasında 869 matça çıxan Alveş bu oyunlarda 61 qol, 178 asistlik performans göstərib.