Nigeriya İslandiyadan güclü oldu

DÇ-2018-də 2-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə futbolsevərlərin diqqəti "D" və "E" qruplarındakı mübarizələrə yönələcək.

"D" qrupunda turun sonuncu oyunu Nigeriya və İslandiya milliləri arasında keçiriləcək. İlk turda Argentinadan 1 xal qoparan Avropa təmsilçisi qələbə qazanacağı təqdirdə debüt etdiyi Mundialda "pley-off" imkanlarını xeyli artıracaq. Nigeriya isə qələbə sayəsində qrupda 2-ci pilləyə yüksələcək və sonuncu turda afrikalıları heç-heçə də qane edəcək. 

Volqoradda təşkil olunacaq matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək. 

Görüşü Yeni Zellandiyadan Mett Konqer idarə edəcək.


22 iyun 2018
DÇ-2018
"D" qrupu, 2-ci tur

Nigeriya - İslandiya - 2:0
QOLLAR:
 Əhmed Musa, 49 (1:0); Əhmed Musa, 75 (2:0)
VURULMAYAN PENALTİ: Gilfi Siqurdsson, 83 (İslandiya)

CƏZALANDIRMALAR:
SARI VƏRƏQƏ | Brayan İdovu,
44 (Nigeriya)

ƏVƏZETMƏLƏR:
Brayan İdovu
↔ Tayron Ebeyi, 46 (Nigeriya)
Raqnar Siqurdsson (zədə)
↔ Sverrir İnqi İnqason, 65 (İslandiya)
Yon Dadi Bödvarsson
↔ Byörn Siqurdarson, 71 (İslandiya)
Keleçi İheanaço
↔ Odion İqalo, 85 (Nigeriya)
Aron Qunnarsson Freyr Skulason, 87 (İslandiya)
Ogenekaro Etebo Aleks Ayvobi, 90+1 (Nigeriya)

Hakimlər: Mett Konqer, Saymon Lount (hər ikisi Yeni Zelandiya), Tevita Makasini (Tonqa), Rikardo Montero (Kosta Rika)
"Volqoqrad Arena", Volqoqrad

1. Xorvatiya 2 6
2. Nigeriya                    2 3
3. İslandiya 2 1
4. Argentina 2 1