DÇ-2018: Rəsmi himn

​Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatının rəsmi mahnısı internetdə yayımlanmağa başlanıb.

Sportline.az xəbər verir ki, mahnını məşhur aktyor və Qremmi musiqi mükafatının amerikalı sahibi Uill Smit, onun həmyerlisi Niki Cem və albaniyalı Era İstrefi ifa edir.

Amerikalı dicey və bəstəkar, "Diplo" ləqəbli Tomas Uesli Pentsin prodüseri olduğu musiqi "Live It Up" ("Nəyi var yaşa") adlanır. Qeyd edək ki, dünya çempionatı iyunun 14-də start götürəcək.