Dino Ndlovu dubl etdi

Qış transfer pəncərəsində "Qarabağ"ı "Xançjou Qrintaun" klubuna dəyişən Dino Ndlovu Çinin I Liqasında daha iki qol vurub. SportLine.az xəbər verir ki, cənubi afrikalı hücumçu "Dalian Transsend"ə qarşı görüşdə dubl edib. O, 67 və 71-ci dəqiqələrdə fərqlənib.

Qarşılaşma "Xançjou Qrintaun"un qələbəsi ilə yekunlaşıb - 4:0.

Xatırladaq ki, D.Ndlovu debüt matçında da rəqib qapısına yol tapmışdı.